23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb. Sozcu.info yenicag.az-a istinadən xəbər verir ki, Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı, "Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevadır. Hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar. INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb. Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. Qeyd edək ki, BİTTOP şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.