Sumqayıtda bağçada yanğın: uşaqlar təxliyə edildi - FOTO

Sumqayıtda bağçada yanğın: uşaqlar təxliyə edildi - FOTO

 

Sumqayıt şəhərində yanğın olub.

Sozcu.info  xəbər verir ki, yanğın şəhərin 1-ci mikrorayonunda yerləşən 13 saylı bağçada qeydə alınıb. İstifadəyə yararsız olan və keçid kimi istifadə olunan dəhlizdə taxta tullantıları 20 kvadratmetr sahədə yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bağçada olan uşaqlar təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 Share
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}