29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.info -a məlumat verilib.
Dadaşova Nuranə Ədalət qızının əlamətlərinə gəlincə, bildirilir ki, boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə - 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.