İntihar hadisəsi Ağahəsən Rəsulovun vəzifə məsuliyyətini gündəmə gətirib

 


 

 

Ağahəsən Rəsulovun 2008-ci ildən baş həkim vəzifəsində işlədiyi Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında intihar hadisəsi baş verib. Məlumata görə, xəstəxanada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib. Hazırda Sabunçu rayon prokurorluğunda araşdırılma başlanıb. İstisna deyil ki, araşdırmanın sonunda Vasif Həsənovun intihar hadisəsi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə, özünü öldürmə həddinə çatdırma cinayət işi başlanacaq. Qeyd edək ki, Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

İntihar hadisəsi Ağahəsən Rəsulovun vəzifə məsuliyyətini gündəmə gətirib

 

 

Bu zaman isə 1 saylı Respublika Psixiatriya xəstəxanasında2008-ci ildən baş həkim vəzifəsində işləyən Ağahəsən Rəsulovun vəzifə məsuliyyəti gündəmə gələcək. Adının çəkilməsini istəməyən psixoloq qeyd edir ki, intihar edən insanların 80%-i intihar edəcəklərinə dair siqnallar verirlər. "Əgər Ağahəsən Rəsulovun2008-ci ildən baş həkim vəzifəsində işlədiyi 1 saylı Respublika Psixiatriya xəstəxanasında xəstələrə dünya standartlarına uyğun səhiyyə xidməti göstərilsəydi və həkimlər intihar edən şəxsin intihara meylli olmasını müəyyən edə bilərdilər. Ekspert hesab edir ki, 1 saylı Respublika Psixiatriya xəstəxanasında pisxoloq xidməti çox aşağı olduğundan belə halların gələcəkdə baş verməsi də istisna edilmir.

Bu məqamın intihar hadisəsi ilə bağlı Səhiyyə Nazirliyinin kollegiyasında da müzakirə olunacağı istisna edilmir.

 

 

Məlumatlı mənbə bildirir ki, intihar hadisəsi ilə bağlı Ağahəsən Rəsulov vəzifə məsuliyyəti gündəmə gəlməsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının təmiri, yeni korpusların tikintisi, avadanlıq və inventarla təchizatı işləri də araşdırma mövzusu ola bilər. Milyonlarla büdcə vəsaitinin sərf olunduğu bu işləri "B.R.İ.S. Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib. Qeyd edək ki, "B.R.İ.S. Consulting” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi, ev 71, mənzil 21-də yerləşir. Bəxtiyar Vahid oğlu Hacıyevin rəhbərlik etdiyi "B.R.İ.S. Consulting” MMC-nin eyni xəstəxananın təmiri, yeni korpusların tikintisi, avadanlıq və inventarla təchizatı işlərini eyni zamanda necə həyata keçirməsinə növbəti araşdırmada aydınlıq gətirməyə çalışacağıq. Eləcə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla "B.R.İ.S. Consulting” MMC-nin rəhbəri Bəxtiyar Hacıyevi hansı tellərin bağladığına da həmin araşdırmada aydınlıq gətirməyə çalışacağıq. Araşdırma zamanı adları çəkiln şəxslərin də mövqeyini öyrənməyə çalışacağıq.

Azad Aydın


Oxşar Xəbərlər

Xəbər lenti