AZAL-ın təyyarəsinin pəncərəsi sındı - Uçuş 12 saat ləngidi

AZAL-ın təyyarəsinin pəncərəsi sındı - Uçuş 12 saat ləngidi

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, "J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.

Sozcu.info  xəbər verir ki, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a faktı təsdiq edib.

Xatırladaq ki, "J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}