Boşandığı arvadının evinə hücum etdi, AMANSIZLIQLA ÖLDÜRDÜ

Boşandığı arvadının evinə hücum etdi, AMANSIZLIQLA ÖLDÜRDÜ

 

Xaçmaz rayonunda qətl törədilib.

Sozcu.info Publika.az saytına istinadən xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndində baş verib.

Ötən gün  saat 11:30 radələrində rayonun Qımılqışlaq kənd sakini Qurbanov Səfər İlham oğlu 2017-ci ildə rəsmi boşandığı qadının atası Qədirov Əlihüseyn Cəlil oğlunun evinin qarşısına gələrək onu öldürüb.

Bildirilir ki, boşanandan sonra başqa qadınla evlənən Səfər Qurbanov keçmiş həyat yoldaşı Gülyanə Qədirovanın da başqa şəxslə ailə quracağını eşidib. Bununla razılaşa bilməyən Səfər keçmiş qayınatasının evinin qarşısına gələrək kişini çölə çağırıb. Bu zaman tərəflər arasında mübahisə baş verib və S.Qurbanov

özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirib. Mədə, döş qəfəsi, kürək və qol nahiyələrindən ağır xəsarət alan Ə.Qədirov hadisə yerində vəfat edib.

S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti