Qaradağ Sement Zavodunda 94 milyonluq qalmaqal - Səhmdarlar aksiya keçirəcək

Qaradağ Sement Zavodunda 94 milyonluq qalmaqal - Səhmdarlar aksiya keçirəcək

 

Holcim ASC (Qaradağ Sement Zavodu) rəsmi gəlirləri olduğu halda səhmdarların dividentlərini verməkdən imtina edir.

Bu barədə BakuPost-a açıqlama verən ASC-nin səhmdarlarından olan Elşad Əliyev bildirib ki, Holcime ASC onların hüquqlarını pozur: "Qaradağ Sement Zavodu bizim dividentlərimizi vermir. Əvvəllər verirdilər, amma sonradan dayandırdılar. Sonuncu dəfə 2014-cü ilin yekunlarına görə 2015-ci ildə veriblər. Son bir neçə ildir ki, devalvasiyanı bəhanə edib heç nə vermirlər. Hal-hazırda gəlirləri ilə bağlı rəsmi internet səhifələrində məlumatlar verirlər. Qazanc var, amma iclas keçiriləndən sonra müşavirə şurası qərar verir ki, dividentlər paylanılmasın. Səbəbi isə məlum deyil. Bölüşdürülməmiş 94 885 000 divident var. Hətta öz hesabatlarında da bu rəqəm görünür, amma bunu bölmürlər”.

Elşad Əliyev haqlarını tələb etmək üçün 6 noyabr tarixində İsveçrə səfirliyinin qarşısında aksiya keçirəcəklərini də qeyd edib: "Bu günə qədər bizi sözün əsl mənasında "yola verdilər”. Danışıqlarla həll etməyə çalışdıq heç bir nəticə vermədi. Artıq başqa yolumuz qalmadı. Noyabr 6-da İsveçrə səfirliyinin qarşısına toplanıb haqqımızı onlardan tələb edəcəyik”.

Şirkətin rəsmi mövqeyini yayınlayacağıq.

Qeyd edək ki, Holcim Azərbaycan sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir. LafargeHolcim Qrup1912-ci ildə İsveçrədə təsis edilib. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.

Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir..



Oxşar Xəbərlər

Xəbər lenti