ABŞ Səfirliyindən vətəndaşlarımıza böyük hörmətsizlik: “Konsul hüquqlarımızı tapdalayır” - AKSİYA

ABŞ Səfirliyindən vətəndaşlarımıza böyük hörmətsizlik: “Konsul hüquqlarımızı tapdalayır” - AKSİYA

 

ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarımızı hörmətsizlik edir, viza üçün müraciət edən insanlarla təhqiramiz şəkildə davranır.

Bu barədə Greencard Azərbaycan şirkəti iddia irəli sürüb. Şirkət sosial şəbəkədə bununla bağlı etiraz dalğası başladıb və #SusmaVizaAL haştaqı ilə ABŞ səfirliyini protest edir.

 

Şirkət rəsmiləri bildirir ki, adətən insan hüquqlarından danışan ABŞ-ın Azərbaycandakı səfirliyi səfirlik binasında hər gün onlarla insanın haqqını pozur: "ABŞ səfirliyinin hazırkı konsulu hər gün onlarla azərbaycanlıya hörmətsizlik edir, hüquqlarını tapdalayır. ABŞ-a viza almaq üçün müracət etmiş çoxsaylı vətəndaşlarımızın təəssüratlarına əsaslanaraq bu nəticəyə gəldik. Bizə müraciət edənlər bildirir ki, konsul onların sənədlərinə baxmadan, normal dinləmədən, səbəb demədən imtina kağızı verib yola salır. Qərəzlilik hiss etdiyini deyən vətəndaşlarımız bilmək istəyir ki, onların sənədləri qaydasında olduğu halda nə üçün imtina alırlar. Nəticədə valideynlər öz övladlarını görməyə həsrət qalır, ailə üzvləri, qohumlar, dostlar, bir - birini ziyarət edə bilmir, tələbə kollecə daxil olsa da, ABŞ təhsili almaq istəyinə çata bilmir, Amerikayla bağlı planları olan minlərlə şəxs məyus olmuş vəziyyətdə qalır. Bu azmış kimi səfirliyə ödənilən 160 ABŞ dolları və digər sənədləşmə işlərinə çəkilən xərclər də itgiyə gedir”.

 

Greencard Azərbaycan yazır ki, bu ilin payızından Bakı-Nyu York reysinin dayandırılmasının səbəbi də əslində səfirliyin bu qanunsuzluqlarıdır: "Viza alınmasının çətinləşdirilməsi nəticəsində gediş-gəlişlərin azalması olub ki, buna görə də AZAL şirkəti Bakı-Nyu York reysini ilə uçuşları ləğv edir”.

 

Şirkət bütün bunların arxasında isə ABŞ konsulunun dayandığını hesab edir: "Düşünürük ki, bir konsulun öz vətənimizdə bizlərə qarşı belə hörmətsizlik etmək hüququ yoxdur. Əmin ola bilərsiniz ki, bunlar ABŞ Səfirliyinin mövqeyini əks etdirmir. Çünki praktikada gördüklərimizə əsasən deyə bilərik ki, əvvəlki illərdə ABŞ konsulları viza veriləsi durumda olan hər kəsə viza verirdi və vətəndaşlarımıza qarşı hörmətsizlik etmirdi”.

Şirkət yaydığı açıqlamada bildirir ki, bu faktla bağlı çoxlu sayda narazı şəxslər olarsa, ABŞ səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyindən indiki konsulun təcili öz postunu tərk etməsini və vətandaşlarımıza ABŞ-a viza verilməsinin qanuni müstəvidə aparılması üçün müraciət ünvanlayacaqlar. / Bakupost.az/



Oxşar Xəbərlər

Xəbər lenti