11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info-nun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 101ci kilometrliyində, magistralın rayonun Məhəmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini,1989-cu il təvəllüdlü Asim Nofəl oğlu Quliyevin idarə etdiyi, "Optimal Elektronika" MMC-yə məxsus məişət əşyalarını daşıyan "İsuzu" markalı, 99-JS -534 dövlət nömrə nişanlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı şirkətin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində yük avtomobilində olan məişət texnikası və avadanlıqları ətrafa səpələnərək yararsız hala düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.