11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
"Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.
Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-nin efirində deyib.
O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır: "Biz sağalmalarda bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, mənfi istiqamətdə gedirik”.
Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: "Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətində bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.