8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Cənab prezident İlham Əliyevin 2017-ci ilin oktyabrın 10-da imzaladığı Fərmanla Nazirlər Kabinetinin iş qaydası təsdiq edilib. Həmin Fərmanla Nazirlər Kabinetinin strukturu yeniləndi, şöbələr birləşdirildi, yeni iş qaydaları müəyyənləşdirildi. Bu islahatlar prosesinin nəticəsi kimi hazırda da işlər davam etdirilir”.
Sozcu.info xəbər verir ki, bunu Modern.az-aaçıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.
Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti ölkə iqtisadiyyatının inkişafı üçün qarşısına qoyulan bütün vəzifələrin yerinə yetirilməsi istiqamətində var qüvvəsi ilə çalışır.
"Bundan sonra da cənab prezidentin tapşırıqlarının icrası üçün bütün qüvvələri səfərbər edir və edəcək. Nazirlər Kabinetinin dövrə uyğun daha da təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir”.