15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Kürdəmirdə baş verən qəzada ölənlərin sayı altıya çatdı.
Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb./report/
***
Kürdəmirdə baş verən yol qəzasında yaralı olan azyaşlı xəstəxanaya çatdırılıb.
"Nissan” markalı avtomobilin azyaşlı sərnişini – 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada əməliyyat olunur.
Qəzada ümumilikdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan” markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes” markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.
"Nissan”da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.