8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.
Bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib.
Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir. /report/
***
Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.
Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.
Qatarda ümumilikdə 206 sərnişin olub.
Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.
Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarının lokomotivlə toqquşması nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
Bunu Ankara valisi Vasip Şahin bildirib.
Onun sözlərinə görə, sürət qatarı eyni yolda nəzarəti həyata keçirən lokomotivlə toqquşub.
Ankara-Tonya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin yaralanıb.
Sozcu.info xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.