“Dedi, ərin İrana gedib, axşam sizə gələcəm…” – Biləsuvarda şok olay

“Dedi, ərin İrana gedib, axşam sizə gələcəm…” – Biləsuvarda şok olay

 

Biləsuvar rayonunda görüşdüyü qadının qaynını döyməkdə ittiham olunan 1994-cü il təvəllüdlü İlqar Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İlqar Əhmədli 21 aprel 2019-cu il tarixdə saat 21.30-da Məlik Babayevin (cinayət işində zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı Biləsuvar şəhərində "Upramxor” adlanan küçədəki evin həyətində sonuncunun həyat yoldaşı Səbinə Babayeva ilə görüşüb.

Bu zaman onları bir yerdə tutan Məlik Babayevin qardaşı Səmədlə İlqarın arasında mübahisə yaranıb. Mübahisə zamanı İlqar Əhmədli Səməd Babayevi yumruq-təpiklə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

"Mənə özü yaxınlıq etdi…”

İstintaq orqanı tərəfindən İlqar Əhmədlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar Əhmədli bildirib ki, Məlik və Səməd Babayev qardaşlarını, Məlikin arvadı Səbinəni tanıyır: "Əvvəllər aramızda qərəz və ədavət olmayıb. Bu vaxta kimi Səbinə Babayevanı hədələməmişəm, onunla məcburi danışmamışam.

Əksinə, Səbinə Babayeva mənə yaxınlıq edib və münasibət qurub. Səbinə Babayevanın istəyi ilə onunla mobil telefonda danışmışam və hər hansı yaxın əlaqəm olmayıb”.

"Gördüm, Səbinə məni həyətdə gözləyir”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 21-də saat 22 radələrində Səbinə Babayeva ona zəng vurub: "Səbinə dedi ki, əri Məlik İrana gedib. Mənimlə söhbət etmək üçün evlərinə dəvət etdi. Səbinənin bu təklifini əvvəlcə rədd etdim. Lakin təkid etdiyi üçün həmin gün sat 21.30-da Səbinəgilə yollandım. Darvazanı açıq qoyduğu üçün həyətə daxil oldum. Gördüm, Səbinə məni həyətdə gözləyir.

Həyətə daxil olan vaxt Səbinənin qaynı Səməd də həyətə girdi və aramızda mübahisə baş verdi. Mübahisə zamanı Səməd məni nalayiq ifadələrlə söyüb, təhqir edərək üstümə hücum çəkdi. Əlbəyaxa olduq. Özümü müdafiə edərkən yumruqla dodaq nahiyəsindən vurdum. Dava-dalaş zamanı Səmədin də məni vurmasına baxmayaraq, heç bir xəsarət almadım.

Sonra Səməddən ayrıldım və həyətdən çıxaraq oradan uzaqlaşdım. Sonradan bildim ki, Səməd mənim barəmdə polisə şikayət edib”.

"İşıqlar sönəndə məndə şübhə yarandı”

Cinayət işi üzrə zərəçəkmiş qismində ifadə verən Səməd Babayev qeyd edib ki, Səbinə qardaşı Məlikin arvadıdır, onlar 11 ilə yaxındır ailə həyatı qurublar, aralarında olan nikahdan 2 azyaşlı övladları var:

"Aprelin 21-də saat 21.30-da Bakı şəhərindən yaşadığım Biləsuvar rayonu Upramxor qəsəbəsində yerləşən evimə gəldim. Qardaşım Məlik İrana müalicə almaq üçün həkimə getmişdim. Məlik mənə zəng vuraraq bildirdi ki, həmin gün evə gələ bilməyəcək və onun evinə gedib, nəzarət edim. Qardaşım arvadı Səbinəni öz evimizə gətirmək üçün onlara getdim.

Saat 21.30-da onların evinə çatanda gördüm ki, evin işıqları söndü. Buna görə məndə şübhə yarandı. Kənara çəkildim, evi müşahidə edim. Həmin zaman qardaşım arvadı mobil telefonla danışaraq kimdənsə "gəlirsən?” deyə soruşduğunu eşitdim. Elə bu vaxtı küçəyə avtomaşın daxil olduğunu və həyətin darvazasının açıldığını gördüm.

Bir az kənarda gözlədim ki, məni görməsinlər. Bir neçə dəqiqə sonra qardaşım Məlikin həyət darvazasına bir nəfər şəxsin yaxınlaşdığını və balaca qapını açıb, içəri daxil olmaq istədiyini gördüm”.

"Əsəbimdən iki gün bayıra çıxmadım”

Səməd Babayevin sözlərinə görə, gələni tanımayıb və onun qardaşı Məlikin həyət darvazasından içəri daxil olduğunu görüb: "O, içəri girən kimi mən də arxasınca getdim. Həyətdə həmin şəxsin İlqar Əhmədli olduğunu gördüm.

Həyətdə İlqarla qardaşım arvadı Səbinənin biri-birindən aralıda dayandığını görmüşəm. Elə bu vaxt İlqarla əlbəyaxa oldum. Dava-dalaş zamanı İlqar yumruqla bir dəfə üst dodaq, bir dəfə də sinə nahiyəmdən vurdu, daha sonra təpiklə bir neçə dəfə kürək, ayaq nahiyələrimdən vuraraq məni döydü.

İlqara yumruq və təpik atsam da, qaranlıq olduğuna görə onu vura bilmədim. Hətta mübahisə vaxtı əlbəyaxa olduq, yerə yıxıldım. Sonra İlqar qaçaraq getdi. Qardaşım arvadının yanına getdim, bu hərəkətlərinə görə ona iradımı bildirdim. Həmin dava-dalaş zamanı xəsarət aldığıma və əsəbi olduğuma görə iki gün bayıra çıxmadım.

İlqar Əhmədli məni döydüyü üçün dodağımdan xəsarət aldığıma gərə yemək yeyə bilməmişəm. Aprelin 23-də polisə gedərək, hadisə barədə şikayət etdim”.

"Qabağımı kəsdi ki, zəng vuracaq”

Hadisənin şahidi Səbinə Babayevanın sözlərinə görə, İlqar Əhmədli onunla qonşudur: "2019-cu ilin mart ayında gündüz vaxtı mal-qaranı yemləmək üçün gedən vaxt İlqar Əhmədli qarşımı kəsdi, bildirdi ki, istifadəmdə olan mobil nömrəyə zəng vuracaq. İlqara telefon zəngini açmayacağımı bildirdim. İlqar də əgər telefonu açmasam, məni biabır edəcəyini dedi. Ondan ayrılıaraq mal-qaranı yemləyib, yaşadığım evə getdim. İlqar məndən telefon nömrəmi istəyəndə ona nömrəmi verməmişəm. İlqar taksi sürücüsü olduğuna və həm də ailəmizə taksi kimi köməklik etdiyinə görə istifadəmdə olan nömrəmi öyrənib”.

"Dedi ki, ərin İrana gedib…”

Səbinə Babayeva qeyd edib ki, aprelin 21-də əri Məlik bel nahiyəsində ağırları olduğu üçün İrana müalicə almaq üçün gedib: "Həmin gün saat 13 radələrində evimizə gələn vaxt İlqar yolumu kəsdi, dedi, ərin İrana gedib, axşam sizə gələcəm. İlqara nə sözü varsa, orada deməyini və evə də gəlməyə heç bir ehtiyac olmadığını söylədim.

İlqar dedi ki, axşam sizə gələcəm, sənin məndə telefonda danışdığın səs yazıların, mənə yazdığın mesajlar, şəkillərin var, səni biabır edəcəm. İlqarın bu hərəkətlərindən qorxduğum üçün razılaşdım.

Həmin axşam baldızım qızı Nərminə də bizdə idi və hər ikimiz birlikdə toy kasetinə baxırdıq. Qayınatam və qayınanam da bizə gəldi ki, baldızımın qızını aparsınlar. Qayınanam dedi ki, ərin evdə deyil, ona görə də hazırlaş gedək. Dedim ki, Bayram gələcək, ona görə də getmirəm və onu gözləyirəm”.

"Niyyətim onu vurmaq olub”

Səbinə Babayevanın bildirdiyinə görə, bir neçə dəqiqə sonra İlqar istifadəsində olan mobil nömrəyə zəng vurub:

"Bildirdi ki, bizə gəlmək istəyir. Mən də bezdiyim üçün gəl dedim. Sonra evin işıqlarını söndürdüm ki, balaca qapının arxasında onu vurmaq üçün gizlətdiyim armatur parçasını İlqar həyətə girəndə görməsin, çünki niyyətim onu vurmaq idi. Həmin vaxt İlqar həyətə girmək istəyən zaman qaynım Səməd də bizə gəldi.

Onlar bir-biriləri ilə əlbəyaxa oldu, dava-dalaş etməyə başladılar. Bu vaxt İlqar yumruqla qayınım Səmədi dodaq nahiyəsindən vuraraq xəsarət yetirdi, sonra təpiklə sinəsindən və kürəyindən vurdu. Daha sonra İlqar getdi”.

"Məni atamın evinə gətirdi”

Səbinə Babayevanın sözlərinə görə, əri İrandan gələndən sonra baş vermiş hadisə barədə soruşub: "Ərimə dedim ki, İlqar mənə hədə-qorxu gəlib, mənimıə münasibət saxlıyıb. Lakin mən onunla münasibət saxlamamışam. Ərim də xəstə olduğun üçün qorxumdan olanları ondan gizlətmişəm ki, birdən hər hansı xoşagəlməz hadisə baş verər. Məlik məni atamın evinə gətirdi. Həmin vaxtdan atamla birlikdə yaşayıram”.

Biləsuvar rayon Məhkəməsinin hökmü ilə İlqar Əhmədli qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla, 1 il müddətə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Səməd Babayev apelyasiya şikayəti verib. O, təqsirləndirilən İlqar Əhmədlinin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Zərərçəkmişin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tuta iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, şikayət təmin edilməyib./teleqraf.com/



Oxşar Xəbərlər

Xəbər lenti