"Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı" - DTX

"Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı" - DTX

 

"Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, V.B. adlı vətəndaş sifarişli qətlin hazırlanması üzrə istintaq çərçivəsində saxlanılıb.

DTX hamını qeyri-dəqiq məlumatları yaymaqdan çəkinməyə çağırıb. Bildirilib ki, istintaq tədbirləri davam etdirilir və "İnterpol” vasitəsilə əlavə məlumatlar üçün sorğu göndərilib, şahidlər dindirilir.

Qeyd edək ki, "Mtavari arxi” televiziya kanalının baş direktoru Nika Qvaramia ötən gün bildirib ki, saxlanılan şəxs inquş əsilli Vasambeq Badrieviç Bokovdur. Kanal rəhbəri iddia edib ki, həmin şəxs telekanalın əməkdaşı Giorgi Qabunianın qətlini planlaşdırıb. N.Qvaramianın sözlərinə görə, G.Qabunianin qətlinə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov göstəriş verib və səbəb jurnalistin ötən ilin iyulun 7-də o zaman çalışdığı "Rustavi 2” kanalının efirində Rusiya prezidenti Vladimir Putinin ünvanına söyüş və təhqirlər söyləməsi olub.



Oxşar Xəbərlər

Xəbər lenti