Müstəntiq dələduzluq cinayətini ört-basdır edir


“Lombard mafiyası”nın dələduzluğu nəticəsində sərvətləri talanan şəxslər, Ağcabədi rayon, Avşar kənd sakini Bulud İnqilab oğlu Quluyev, Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev və Elvin Telman oğlu Cəfərov prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili ilşər naziri Vilayət Eyvazova müraciət edərək Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Kamran Əliyevin onların şikayətləri üzrə istintaqa xitam vermək cəhdinin qarşısının alınmasını, məruz qaldıqları dələduzluq üzrə şəffaf və ədalətli istintaqın aparılmaısnı xahiş edirlər.  

 

Qeyd edək ki, şikayətçilər  “Lombard mafiyası”nın üzvüləri Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nailə Rasim qızı Xanməmmədova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mustafayeva Xeyransa Mahmud qızının həbs olunmasına baxmayaraq dəstənin başında duran Aqil İslamoğlu Şamilovun cinayət məsuliyyətindən kənarda qaldığını iddia edirlər. Çox maraqlıdır ki, “Lombard mafiyası”nın həbs olunan üzvüləri, Nailə Rasim qızı Xanməmmədova və Xeyransa Mahmud qızı Mustafayevanın istintaqa verdikləri ifadə də Aqil İslamoğlu Şamilovun məsuliyyətə cəlb olunmasını zəruri etsə də Binəqədi rayon Polis İdarəsinin müstəntiqi bu güünə kimi müfaviq addım atmayıb.

Bu isə istintaqın cinayətin üstünün açılmasında maraqlı olmaması təəssüratını yaradır.

Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti