8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir qrup şəxsin əvvəlcədən planlaşdıraraq onlarla şəxsin külli miqdarda sərvətini və əmlakını Lombard fəaliyyəti adı altında mənimsədiyi haqqında bir neçə dəfə məlumat vermişdik. Belə ki, “Lombard mafiyası”nın dələduzluğu nəticəsində sərvətləri talanan olunan şəxslərin çoxsaylı müraciət və şikayətlərindən sonra mütəşəkkil dəstənin üzvüləri, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nailə Rasim qızı Xanməmmədova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mustafayeva Xeyransa Mahmud qızı da həbs olunub. Ancaq “Lombard mafiyası” təslim olmaq istəmir. Bir müddət öncə Xeyransa Mustafayevanın vəkili Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək müdafiə etdiyi şəxs barəsində istintaq müddətində həbs-qəti imkan tədbirinin dəyişdirilməsinə cəhd etmişdi. Bakı Apellyasiya Məhkəməsinin rədd cavabından sonra da “Lombard mafiyası” təslim olmur.
“Lombard mafiyası”nın fəaliyyəti nəticəsində sərvətləri talanan olunan şəxslər Binəqədi rayon Polis Şöbəsində aparılan istintaq hərəkətlərindən narazıdırlar.Zərərçəkənlər hesab edirlər ki, istintaq “Lombard mafiyası”nın əsas simalarını məsuliyyətə cəlb etməkdən yayınır. Bu zaman xüsusilə də “Lombard mafiyası”nın başında duran əsas şəxs kimi qəbul etdikləri Aqil İslam oğlu Şamilovun istintaqa cəlb olunmamasından narazıdırlar. Məlumata görə, həbs olunan üzvlər, Nailə Rasim qızı Xanməmmədova və Xeyransa Mahmud qızı Mustafayevanın istintaqa verdikləri ifadələrinə əsasən Aqil İslamoğlu Şamilovun məsuliyyətə cəlb olunmasını zəruri edir.Buna baxmayaraq Binəqədi rayon Polis İdarəsinin müstəntiqi hansısa naməlum səbəbdən bu günə kimi Aqil Şamilovu istintaqa cəlb etməyib.
“Lombard mafiyası”nın fəaliyyəti nəticəsində zərər çəkən şəxslər, Ağcabədi rayon, Avşar kənd sakini Bulud İnqilab oğlu Quluyev, Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev, Elvin Telman oğlu Cəfərov və digərləri Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edərək “Lombard mafiyası” ilə bağlı istintaqın Binəqədi rayon Polis İdarəsindən alınaraq şəxsi nəzarəti altında başqa bir istintaq orqanında aparılmasını xahiş ediblər.
“Lombard mafiyası”nın fəaliyyəti nəticəsində zərər çəkən şəxslərin uzun müddətli mübarizəsinin real nəticə verməməsi, mütəşəkkil dəstənin üzvülərinin əksəriyyətinin məsuliyyətdən yayınması bu kriminal qruplaşmanın hüquqa,qanunlarımıza , dövlətə meydan oxuması kimi təəssüratını yaradır.
Sozcu.info