Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bakı meqapolisindəki “avtoterrorçular”
Sürücü işə götürülərkən bir sürücülük vəsiqəsi ilə kifayətlənmək cinayətə şəriklikdir...
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlərə başlayıb. Bu barədə DYP-dən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək. Qeyd edək ki, iki gün əvvəl Prezident Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.
Oktyabrın 13-də 5 sərnişinin ölümü ilə nəticələnən ağır qəza bir daha bu sahədə özbaşınalığın olduğunu göstərdi. Bakı artıq meqapolisdir və yola çıxan hər bir sürücü məsuliyyətini dərk etməlidir. Bu, xüsusilə toplu nəqliyyat və sərnişindaşımada mühümdür. Sürücülər bir çox hallarda yoxlanılmadan reysə buraxılır, hətta sərnişin daşımaq üçün xüsusi sürücülük vəsiqəsi olmadan belə...
Böyük tutumlu ağır tonnajlı yük maşınlarında işləyənlərlə bağlı da eyni problemlər var. Sürücü işə götürülərkən bir sürücülük vəsiqəsi ilə kifayətlənmək cinayətə şəriklikdir. Çünki bəzi hallarda həmin adamların narkoasılılıqları olur və işə ancaq gündəlik dozanı əldə etmək üçün çıxırlar. Əsas iş sürücülük vəsiqəsindən başlasa da, həkim yoxlamalarının olmaması və ya formal olaraq yoxlama möhürü vurmaqla işlərini bitmiş hesab edirlər. Bu səbəbdən də həmin sürücülər sükan arxasında “avtoterrorçuya”çevrilirlər. Cəmiyyət bu cür məsələlərə diqqət etməlidir, hökumətdən və müvafiq qurumlardan sərt tədbirlər görülməsini tələb etməlidirlər.
Ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, yük daşımalarında, sərnişin daşımalarında taxoqraf sistemi tam təmin edilməyincə və ciddi nəzarət olmayınca, belə qəzalar təkrarlanacaq. 19 yaşlı gənc hələ həyatda məsuliyyətin nə olduğunu dərk etmədən yük maşını idarə etməməlidir:
“Bu qəbildən olan qəzaların əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması üzündən baş verir. Belə halların qarşısının alınması üçün illərdir inkişaf etmiş ölkələrdə taxoqraflardan istifadə edilir. Bu cihaz avtomatik rejimdə nəqliyyat vasitəsinin sürətinin, yürüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdə tutulub. O, demək olar ki, nəqliyyat vasitəsinin hərəkəti, dayanması ilə bağlı qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən ”qara qutudur". “Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələri ekipajının işinə aid Avropa razılaşmasının” 3821/85 saylı direktivində deyilir: “Taxoqraf - NVAR-nın NVAR razılaşmasının NVAR sənədlərində razılaşdırılmış parametrlərinin daimi, müstəqil və obyektiv, NVAR razılaşmasının tələblərinin pozulmasına görə cəzadan yayınmağın qarşısının alınmasını və NVAR razılaşmasında iştirak edən bütün tərəflərin bərabər hüquqlara sahib olmasını təmin edəcək şəkildə həyata keçirilməsi üzrə tələblərinin yerinə yetirilməsini təmin edən nəzarət qurğusudur. Taxoqraf anlayışında təyinedici amil nəzarət prinsipləridir: daimi, müstəqil, obyektiv və cəzadan yayınmağın qarşısını alan. Böyük əhəmiyyət kəsb edən prinsiplə məhz son iki prinsipdir - obyektivlik və cəzadan yayınmağın qarşısının alınması. Taxoqraflar beynəlxalq daşımalarda istifadə olunduqları və müxtəlif ölkələrin ərazisində nəzarətdən keçirildikləri, istismarı isə müxtəlif milliyyətdən olan sürücülər tərəfindən həyata keçirildikləri üçün cihazın ünsiyyət interfeysi milli interfeys deyil - yəni taxoqrafda bu və ya digər dövlətin dili deyil, piktoqramlar istifadə olunur. Piktoqram - iş, hadisə və komanda rejimlərinin, istifadəçiyə bu cihazda bundan öncə quraşdırılmış ünsiyyət dilini bilmədən də, cihazı idarə etməyə imkan verən qrafik təsvirləridir”.
Elməddin Muradlı
Elməddin Muradlı deyir ki, Azərbaycanda da taxoqrafların ölkədaxili marşrut avtobuslarında tətbiqi “Yol hərəkəti haqqında” Qanuna edilən son dəyişikliklərdə nəzərdə tutulub:
“Dəyişikliklərə görə, sərnişindaşıma ilə məşğul olan bütün növ avtobuslarda və yük maşınlarında taxoqrafların quraşdırılması nəzərdə tutulurdu. Taxoqraflar quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsələlərə nəzarət mexanizmini təmin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işə salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əgər nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Bakıda illərdir fəaliyyət göstərən ”Rent a car" şirkətləri taxoqraflardan istifadə edirlər. Vətəndaş şirkətdən avtomobili kirayəyə götürür. Həmin avtomobilin harada olduğu, saatda neçə kilometr və hansı sürətlə hərəkət etdiyi şirkətin dispetçerləri tərəfindən izlənilir. Sürücü sürət həddini aşırsa, ona zəng vurub xəbərdarlıq edirlər. Hətta sürücü xəbərdarlığa məhəl qoymasa, dispetçer nəqliyyat vasitəsinin mühərrikini öz kompüterindən söndürmək imkanına malikdir. Əvvəllər beynəlxalq sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərə taxoqrafdan istifadə etmək qanunla tələb olunurdu. Taxoqrafsız nəqliyyat vasitələri beynəlxalq daşımalara buraxılmırdı. Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən dəhşətli sonluqlu yol nəqliyyat hadisələri qanunvericiliyin dəyişilməsinə səbəb oldu".
Ekspert deyir ki, “Yol hərəkəti haqqında” Qanuna görə, taxoqrafların ölkədaxili sərnişin və yük daşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir:
“Amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara, yük maşınlarına hələ də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansısa aksessuar kimi nəqliyyat vasitələrində yer tutur, işlək vəziyyətdə deyil. Qanunla qəbul olunub, lazımi səviyyədə icrası isə baş tutmayıb. Yük və sərnişindaşıma ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün nəhayət ki, hərəkətə keçməlidirlər".
Ekspertin sözlərinə görə, avtobus və yük maşınlarında taxoqrafların quraşdrılmaması qanunların icra mexanizminin illərlə işlənməmiş qalmasına dirənir:
“Qanuna dəyişikliklər ediləndə, icrası ilə bağlı da qeydlər olur. Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə səhlənkar yanaşırlar. Düşünürlər ki, taxoqrafların tətbiqi ilə bağlı daşımaçı şirkətlərin üstünə düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzarət edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməzdən əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir. İllər öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb, dövlət büdcəsindən 10 milyonlarla manat bu məqsəd üçün xərclənib. Amma nəqliyyatı intellektual idarə edilməsini təşkil edə bilmədilər. Lazım olan anda düyməni basıb nəqliyyatı intellektlə idarə edə, qəzanın qarşısının alınması, önlənməsi üçün tədbir görə bilmirlər. Azərbaycan kosmosa peykini çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında prblemlərin həll olunmamasına gətirib çıxarır”.
Oxşar Xəbərlər
Dövlət qurumları qanunsuz daşımalarla bağlı hərəkətə keçdi: Cəza tədbirləri görüləcək
"Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır" - DANX
Sərnişin daşıyanların NƏZƏRİNƏ: Prosedur sadələşdirildi
Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? - AÇIQLAMA
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları