Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Son günlər sosial mediada modul tipli yeni xəstəxanaların açılması ilə bağlı xəbərlər yayılıb. İddianın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik.
Qurumun mətbuat katibi Zamirə Ədilova Sozcu.info-nun sorğusuna cavab olaraq bildirib ki, hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli Modul Tipli Xəstəxana fəaliyyət göstərir.
Z.Ədilova qeyd edib ki, bu xəstəxananın mövcud çarpayı sayı və tibbi heyəti COVID-19 xəstələrinin müalicəsi üçün yetərlidir:
"Yoluxanların mövcud statistikası koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir. Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir".Musavat.com