Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.
Sozcu.info xəbər verir ki, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq.1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.
2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanına qədər davam edəcək.
3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi – Zabitlər parkı, Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospektinədək davam edəcək.
Qafqazinfo.az