"Bir helikopter ayırın, uşağım tapılsın" - Dənizdə boğulan Elgünün anası


"İyulun 15-dən bəri hər gün səhər saat 6-da Mərdəkan çimərliyinə gəlirəm. Axtarış işləri aparılır, bunu danmıram, amma hələ ki heç bir nəticə yoxdur. Yalvarıram sizə, bir helikopter ayırın, uşağım tapılsın”.

Sizcə.info xəbər verir ki, bunu Mərdəkan çimərliyində çimərkən bğulan 22 yaşlı Elgünün anası Sahilə Qarayeva deyib. Ana oğlunun meyitinin tapılması ilə bağlı müraciət edib:


“Hər gün səhər saat 6-dan axşam saat 10-a qədər buradayam. Gözüm dənizdə qalıb, dənizə baxa-baxa gözlərimin işığı sönüb. Tək istəyim odur ki, uşağımın cənazəsini tapıb, torpağa tapşıracaq bir nəşini götürə bilim" .


Qeyd edək ki, İyulun 15-i paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə, nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, hazırda axtarışlar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti