Roma Papasının istefası tələb edildi

 

Vatikanın keçmiş yüksək çinli məmuru arxiyepiskop Karlo Mariya Viqano Roma Papası Fransiskin istefasını tələb edib.

O, papanı kilsədə olan cinsi istismar hallarını gizlətməkdə ittiham edib.

Viqano Vatikanın Vaşinqtondakı Kolumbiya dairəsi üzrə səfiri vəzifəsində çalışıb. O, 11 səhifəlik ifadəsində arxiyepiskop Feodor Makkarrikin cinsi istismar hallarının gizlədilməsində bir sıra yüksək çinli kilsə rəsmilərinin yaxından iştirak etdiyini bildirib.

Viqano həmçinin Papa Fransiskin əvvəlki sələfi XVI Benedikt tərəfindən Makkarrikə analoji addımına görə tətbiq olunan cəza sanksiyalarından xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, Papa bu sanksiyaları görməzdən gəlib və potensial qalmaqalı gizlədib.

Qeyd edək ki, bundan əvvəl Roma Papası Fransiskin Şimali İrlandiyanın paytaxtı Dublində rahiblər tərəfindən cinsi istismara məruz qalmış şəxslərlə görüşüb/modern.az



Oxşar Xəbərlər

Xəbər lenti