Roma Papası Bakıya gəlir

 

Roma Papası II Fransiskin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Fins.az bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat verib.

Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri də cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq. Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, səfəri zamanı Azərbaycan Prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti