Azərbaycanda bəzi saytlar bloklandı – MƏHKƏMƏ QƏRARI

 

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadliq.info, "Azadlıq" radiosunun azadliq.org, "Turan” telekanalı ("TuranTV”), "Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası yekunlaşıb.

 Prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Məhkəmə adıçəkilən saytların blonklanması ilə bağlı qərar elan edib. Qərara əsasən adıçəkilən saytlar bloklanıb.
Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadliq.info, "Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin azərbaycansaati.com, meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı bir müddət əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti