ƏLİ ABBASOV “4 NÖMRƏNİN” QURBANI OLUB - «MTN işi» ilə bağlı yeni təfərrüatlar

ƏLİ ABBASOV “4 NÖMRƏNİN” QURBANI OLUB - «MTN işi» ilə bağlı yeni təfərrüatlar“MTN işi” ilə bağlı “Azadlıq”a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldar Mahmudov və şəbəkəsi ifşa olunduqdan ölkə başçısı və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi rabitə xətti bağlanıb. Məlumat üçün deyək ki, bu rabitə xətti məmurlar arasında “4 nömrə” adı ilə məşhurdur.
Ölkə başçısı məhz bu xüsusi rabitə xətti ilə məmurlarla əlaqə saxlayır. Həmçinin yüksək vəzifəli məmurlar da bir-birlərilə bu “4 nömrə” ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub. Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları, o cümlədən ölkə başçısını dinləyib. Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır.


Oxşar Xəbərlər

Xəbər lenti