4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
İŞİD terror qruplaşması əsir götürdüyü Rusiya hərbi qulluqçularının təsvir olunduğu video yayıb.
Publika.az xəbər verir ki, terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4 Telegram” kanalı videoçarxın İŞİD-in nəzarətində olan "Amaq” agentliyi tərəfindən dərc edildiyini bildirib.
Videoçarxda böyük saqqalı olan iki nəfərdən biri Roman Vasiliy kimi təqdim edilir. 1979-cu il təvəllüdlü rusiyalı Rostov vilayətinin Aksayski rayonunun sakini olduğunu bildirir. O, qeyd edir ki, Suriyanın Şulya qəsəbəsi ətrafında İŞİD-in əks-hücumu zamanı əsir götürülüb.
Roman Vasiliy onun yanındakı Rusiya hərbçisinin adının Qriqori Surkanov olduğunu bildirir. Surkanovun bütün çəkiliş ərzində susduğu görünür.
Hər iki rusiyalının döyüşdüyü gözə çarpır.