İŞİD türkiyəli əsgərin əvəzinə 200 yaraqlısının azadlığa buraxılmasını istəyib

İŞİD türkiyəli əsgərin əvəzinə 200 yaraqlısının azadlığa buraxılmasını istəyib
İŞİD terror təşkilatı əsir götürülmüş türkiyəli əsgər Serter Taşın azad edilməsi üçün şərtini irəli sürüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İŞİD əsgərin müqabilinə 200 yaraqlısının azadlığa buraxılmasını istəyib.

Qeyd olunur ki, İŞİD Türkiyənin Milli İstihbarat Təşkilatı ilə danışıqlar aparır. Terrorçular azad edilməsi tələb olunan şəxslərin siyahısını göndəriblər.

Xatırladaq ki, sentyabrın 1-də Türkiyə-Suriya sərhədində xidmət edən Serter Taş silahı ilə birlikdə qaçırılıb. İŞİD-çilər digər bir türk əsgərini şəhid etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti