8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prokuror Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə cəza istəyib.
Rusiyanın "Dojd” kanalının verdiyi məlumata görə, Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsində davam edən prosesdə prokuror sabiq nazirin cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 azadlıqdan məhrum olunmasını tələb edib.
Xatırladaq ki, ötən il noyabrın 15-də Rusiya İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığını açıqlayıb. A. Ulyukayev "Başneft”in satın alınması ilə bağlı müsbət rəy verməyə görə "Rosneft”dən rüşvət tələb etməkdə ittiham olunub. (APA)