8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsinin yeni təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, nazir tamahının güdazına gedib və ölkənin ən qüdrətli adamlarından birinin şirkətindən 40 milyon dollar rüşvət tələb edib. Ancaq FTX əməkdaşları onu çemodan dolu dollarla yaxalayıblar.
Rusiya xüsusi xidmət orqanlarından life.ru-ya bildiriblər ki, FTX Ulyukayevin üzərində qurulmuş əməliyyatı bir ilə yaxındır davam etdirirdi. Bu müddət ərzində onun özünün və yaxın ətrafının barəsində çoxsaylı kompromatlar toplanıb. Belə məlum olur ki, nazir "Rosneft” şirkətinin "Başneft”i özəlləşdirməsinə müsbət rəy vermək üçün əvvəlcə 40 milyon dollar tələb edib. Ulyukayevə vəd ediblər ki, əgər sövdələşməyə müsbət rəy versə İqor İvanoviç (İqor Seçin-"Rosneft” prezidenti) ona hökmən minnətdarlıq çatdıracaq. Nəticədə nazir sövdələşməyə əvvəlcə qarşı çıxsa da sonradan hökumətdə məsələyə müsbət rəy verib. Lakin "Rosneft”dən gözlənilən "minnətdarlıq” gəlib çıxmayıb. Bunu görəndə nazir "Rosneft”ə zəng vurub və hədələyib, deyib ki, onun haqqını çatdırmasalar sövdələşməni pozub "Başneft”in səhmlərini başqa şirkətə verəcək.
"Ulyukayev barədə FTX-nin 6-cı idarəsinə il siqnal 2016-cı ilin əvvəllərində daxil olub. Həmin vaxtdan onu izləməyə başlayıblar. Daxil olan əməliyyat məlumatları əsasında nazirin telefonları dinləməyə qoşulub, mənzillərinə, kabinetinə və maşınına "juçok”lar qoyulub. "Çekist”lərin şübhələri təsdiqlənib, məlum olub ki, Ulyukayev öz adamları və digərləri ilə çoxmilyonlu məbləğlər, pulun verilməsi variantları barədə danışır. Habelə telefon danışıqlarının dinlənilməsi nəticəsində məlum olub ki, iqtisadi inkişaf naziri bəzi xarici bankların və şirkətlərin aralarında hərbi-sənaye kompleksi müəssisələri də olmaqla bir sıra dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirakı üçün lobbiçilik etməyə çalışır”-mənbə deyib.
Bildirilir ki, Ulyukayev həmin dövrdə dəfələrlə korrupsiya əhvalatlarında ortaya çıxıb, lakin əməliyyatçılar onu yaxalamaq üçün münasib məqamı gözləyiblər. Həmin məqam 2016-cı ilin ortalarında, "Başneft”in özəlləşdirilməsi məsələsində yaranıb. Nazir "Rosneft”in bu özəlləşdirməni qazanması üçün 40 milyon dollar tələb edib.
Nəticədə FTX "Rosneft”in nümayəndələri ilə birlikdə əməliyyat qurub. Məlumatlara görə bu əməliyyatda "Rosneft”İn mühafizə xidmətinin rəhbəri, keçmiş FTX zabiti Oleq Feokistov da iştirak edirdi.
"Oktyabrın 10-da "Başneft”in "Rosneft” tərəfindən özəlləşdirilməsi barədə qərar hökumətdə qəbul olunandan sonra Ulyukayev ona vəd edilmiş "minnətdarlığı” yada salmağa başladı. Nazirə nəzakətlə bldirdilər ki, hələ heç bir müqavilə və ya sənəd imzalanmayıb, ona görə də "Rosneft” heç nə verməyə borclu deyil. Ulyukayev bundan bərk qəzəblənib, deyib ki, "Başneft”in səhmlərinin başqa alıcıya verilməsinə nail olacaq”-mənbə deyib.
Oktyabrın 12-də "Başneft”in səhmlərinin alqı-satqısına dair müqavilə bağlanıb, "Rosneft” dövlət büdcəsinə 330 milyard rubl köçürüb. Bu zaman Ulyukayev "Rosneft”ə yeni qüvvə ilə hücuma keçib, şirkəti vəd olunan pulu vermədiyi üçün hədələyib. Nəhayət oktyabrın 14-də naziri "minnətdarlıq” üçün "Rosneft”in ofisinə dəvət edirlər.
"Bütün danışıqlar çoxdandır FTX-nin nəzarətində gedirdi. Görüşdə "Rosneft”in nümayəndəsi əlavə dəlil toplamaq üçün Ulyukayevlə alverə girişib məbləği 20 dəfə aşağı salmağa nail oldu. Ulyukayev 2 milyon dollara razılaşdı, ona içərisində 1 milyon dollar olan çantanı göstərdilər. İkinci çemodanı isə maşında verəcəklərini dedilər. Ulyukayev çantanı götürüb qapıya tərəf gedəndə onu yaxaladılar”-mənbə deyib.
FTX-dəki mənbələr deyib ki, Ulyukayevin işi üzrə daha bir neçə nəfər həbs oluna bilər. Çünki əməliyyat dövründə nazirin yaxın ətrafına daxil olan şəxslər barədə kifayət qədər dəlillər toplanıb.