Saakaşvili tərəfdarlarının Oktyabr sarayına hücumu zamanı 30 polis xəsarət alıb

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarlarının Kiyevin mərkəzindəki Oktyabr sarayına hücumu zamanı 30 polis əməkdaşı xəsarət alıb.

 

"RİA Novosti"nin   verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Zoryan Şkiryak bildirib. 

 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib. 

 

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb. 

 

Mixail Saakaşvili tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını tərk etməyə və Azadlıq (Maydan) meydanına qayıtmağa çağırıb. Onun çağırışından sonra etiraçıların əksəriyyəti sarayı tərk edərək Radanın qarşısındakı meydana qayıdıb. Saakaşvili tərəfdarlarının dinc aksiya keçirmək niyytində olduğunu, baş verənləri təxribatın nəticəsi kimi dəyərləndirib. 

 

Hazırda Oktyabr sarayı ətrafında vəziyyət tam polisin nəzarətindədir. 



Oxşar Xəbərlər

Xəbər lenti