Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdi - Polislə toqquşma

Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdi - Polislə toqquşma

 

Ukraynada "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin məhkəməsi prosesinin keçirildiyi binada insident baş verib.

 
BakuPost.az xəbər verir ki, siyasətçinin tərəfdarları zor gücünə binaya daxil olmaq istəyirlər. Onların pirotexniki vasitələrdən istifadə etdiyi bildirilir. Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.

Polis binaya girişi bağlayıb. Nə Saakaşvili tərəfdarları, nə də onun partiyasının üzvləri məhkəmənin olduğu binaya buraxılır.

Onlarla insan hazırda sözügedən binanın yaxınlığında mitinq keçirir, arabir "Birbırçılıq” şüarı səsləndirilir və tərəfdarlarının məhkəmə zalına buraxılması tələb olunur.


Oxşar Xəbərlər

Xəbər lenti