Pentaqonun “dəstəkləyirik” deyib, “general” adlandırdığı terrorçu 63 ŞƏHİDİN QATİLİ İMİŞ

Pentaqonun “dəstəkləyirik” deyib, “general” adlandırdığı terrorçu 63 ŞƏHİDİN QATİLİ İMİŞ

 

Hurriyyet.org xəbər verir ki, Pentaqonun mətbuat katibi Robert Manninqin "Suriyada General Məzlumu dəstəkləməyə davam edəcəyik” açıqlamasında nəzərdə tutduğu Şahin Cilo kod adlı – əsl adı Fərhad Abdi Şahin, başqa bir kod adı isə Məzlum Kobani – terrorçunun şəhərləri qana bulayan TAK təşkilatının keçmiş rəhbərlərindən biri olduğu, 63 nəfər asayiş keşikçisinin şəhid edildiyi hücumlarda barmağı olduğu aşkara çıxıb. Fərhad Abdi Şahinin ötən il TSQ-nin Suriyada Karaçok Dağında hava əməliyyatı keçirərək 70 terorçunun öldürüldüyü bölgədə amerikalı hərbçilərlə araşdırma apardığı meydana çıxmışdı. Amerikanın "dəstəkləyəcəyik” dediyi terrorçunun 2012-ci ilə qədər Qəndildə PKK terror təşkilatının şəhər mərkəzlərini qana bulayan şaxəsi olan TAK-ın rəhbəri olduğu aşkara çıxıb.

Adı Türkiyə DİN-in başına 4 milyon pul mükafatı verdiyi qırmızı siyahısında olan terrorçu Fərhat Abdi Şahin PKK-nın Hakkari ərazisində çox sayda qanlı terror aktlarının əsas təşkilatçısı olduğu da bildirilir. Diyarbəkir, Van, Hakkari, Şırnak prokurorluqlarının axtarışa verdikləri terrorçu Suriyanın Əl Malikiyyə (Derik) qəsəbəsində qeydiyyatdadır. 28 ildir ki, PKK-nın üzvü kimi dağlarda fəaliyyət göstərir. 1991-1996-cı illərdə qondarma Cilo əyaləti rəhbəri olub. 1997-2003-cü illərdə PKK-nın Avropa şaxəsinin rəhbəri olub, Abdullah Öcalana İtaliyada siyasi sığıncaq hüququ verilməsi üçün dilomatik siyasət yürüdüb. 2013-cü ildə Suriyaya gedərək, YPG-nin qondarma xüsusi qüvvələri və kəşfiyyat rəhbəri olur. TAK-ın həyata keçirdiyi 8 bomba partlayışının da əmr və təlimatını o verib. Onun təşkilatçısı olduğu terror aktlarının bəziləri aşağıdakılardır:

10 iyul 2005: Çeşmedə bir əyləncə mərkəzindəki partlayışda 20 nəfərin yaralanması;

16 iyul 2005: Quşadası Qadınlar Dənizində bir mikroavtobusa yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldürülməsi;

29 avqust 2006: Antalyada 4 nəfərin öldüyü, 87 nəfərin yaralandığı hücum;

27 iyul 2008: İstanbul Güngörendə 5-i uşaq olan 17 nəfərin ölümü, 154 nəfərin yaralanması;

20 avqust 2008: Mersin-Adana avtomobil yolunda kamikadze hücumu nəticəsində 13 polisin yaralanması;

31 oktyabr 2010: İstanbul Taksim Meydanında 15 nəfəri polis olmaqla 32 nəfərin yaralandığı intihar terroru;

20 sentyabr 2011: Ankarada, Kumrularda 5 nəfərin öldüyü, 34 nəfərin yaralandığı terror;

20 avqust 2012: Qaziantepdə 4-ü uşaq olan 9 nəfərin öldüyü, 66 nəfərin də yaralandığı partlayış.

Pentaqonun "general” adlandırdığı Cilo Şahin Qəndildə Murat Karayılan ilə Duran Kalkanın köməkçisi olmuş, 2009-2012-ci illərdə PKK-nın silahlı qanadı olan YPG-nin xüsusi qüvvələrinin rəhbəri olduqdan sonra çox sayda intihar terrorçusuna təlim verib Türkiyə şəhərlərinə göndərib.

Xəbər verdiyimiz kimi, Türkiyə XİN mətbuat katibi Hami Aksoy Pentaqonun mətbuat katibinin PKK terrorçusunu "general” adlandırmasını "sərsəmləmək” adlandırıb.

Hami Aksoy ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Rob Manninq PKK-nın qondarma rəhbərlərindən biri kimi tanınan və "Məzlum Kobani” adından da istifadə edən Ferhad Abdi Şahini "General Məzlum” adlandırdıqdan sonra belə bir açıqlama verib və deyib: "Pentaqonun mətbuat katibi sərsəmləməyə davam eləyib. PYD/YPG-nin bir terror təşkilatı olduğunu hamınız çox yaxşı bilirsiniz... Biz lazım olan açıqlamanı vermişik”.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti