Türkiyə ABŞ-ın yalanını aşkara çıxardı: "AFRİN MƏSƏLƏSİNDƏ..."

Türkiyə ABŞ-ın yalanını aşkara çıxardı: "AFRİN MƏSƏLƏSİNDƏ..."

 

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər nazirinin mətbuat katibi Hami Aksoy ABŞ ilə Afrin məsələsində diplomatik danışıq aparılmadığını söyləyib. O, Türkiyə ilə ABŞ arasında Afrin bölgəsində gərginliyi azaltmaq variantları üzərində dilomatik danışıqlar aparıldığı iddiası haqqındakı suala belə cavab verib: "ABŞ müdafiə nazirliyinin mətbuat katibi tərəfindən dünən verilən bir açıqlamada dilə gətirilən, Türkiyə ilə ABŞ arasında Suriyanın Afrin bölgəsində gərginliyi azaltmaq seçimləri üzərində diplomatik danışıqlar aparıldığı iddiası doğru deyil. Türkiyə ABŞ ilə Afrin məsələsi barəsində heç bir diplomatik danışıq aparmır. ABŞ xarici işlər naziri Reks Tillersonun fevralın 15-16-da axırıncı Türkiyə səfəri zamanı verdiyi açıqlamada, iki ölkə arasındakı Suriya ilə bağlı problemlərin aşılması məqsədilə bir mexanizm hazırlanacağını və bu çərçivədə üstünlüyün Menbiçə veriləcəyini bəyan etdiyi xatırlanacaqdır”.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti