8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cavadov "Amerikanın Səsi”nə bildirib ki, kommunikasiyaya başlayan şikayətlərdən biri ReAl Hərəkatının icra katibi Natiq Cəfərlinin 2016-ci il avqustunn 12-də həbs olunması ilə bağlıdır.
Natiq Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 192.1 ( (Qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunaraq həbs olunub və sonradan həbs qətimkan tədbiri ləğv edilib. Avropa Məhkəməsi şikayətin Konvensiyanın 3 (İşgəncələrin qadağan olunmas), 5 (azadlıq və toxunulmazlıq hüququ), 11 (Yığıbcaq və toplaşmaq azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələr üzrə qəbul edilən sayıb və hökümətə müvafiq suallar ünvalayaraq onların bu ilin iyul ayının 5-nə kimi cavablandırılmasını istəyib.
Digər iş 10 mart 2015-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqisrləndirilərək həbs olunan Ceyhun Cəfərovun işi ilə bağlıdır. Avropa Məhkəməsi şikayətin 3 və 5-ci maddələri ilə bağlı hissədə qəbul edilən sayaraq hökmətə iyulun 6-dək cavablandırılması üçün suallar ünvanlayıb.