RUSİYADAN AĞIR İTTİHAM: İNGİLTƏRƏ SKRİPAL AİLƏSİNİ QƏSDƏN SÜNİ KOMAYA SALIB

RUSİYADAN AĞIR İTTİHAM: İNGİLTƏRƏ SKRİPAL AİLƏSİNİ QƏSDƏN SÜNİ KOMAYA SALIB

 

Sozcu.info  xəbər verir ki, Kimyəvi Silahların Qadağanı Təşkilatındakı (OPCW) rus nümayəndələri rus agenti Sergey Skripal ilə qızı Yuliyanın qəsdən süni koma vəziyyətinə salındığını bildiriblər.

OPCW təşkilatının dünən keçrilən iclasında bəyanat yayan rus nümayəndə heyəti İngiltərəni Skripal ailəsinin sağlamlığı ilə bağlı manipulyasiyalarda və rus mütəxəssislərinin onlarla ünsiyyətini məhdudlaşdırmaq üçün ata ilə qızını süni koma vəziyyətinə salmaqda ittiham ediblər. Rusiya nümayəndələrinin açıqlamasında deyilir: "İngilis tibb işçilərinin bioloji material toplamaq və özləri ilə məsləhətləşmədən sağlamlıqlarını manipuluasıya eləmək üçün Sergey və Yuliya Skripalı qəsdən süni koma vəziyyətinə saldıqlarına inanırıq”.

Похожее изображение

Skripalın İngiltərədə "Noviçok” (A-234) adlı sinir qazı qrupuna aid olan bir maddə ilə zəhərləndiyi irəli sürülmüş və o, reanimasiyaya yerləşdirilmişdi.

Skripal 2010-cu ildə ABŞ ilə Rusiya arasındakı agent mübadiləsində dəyişdirilən şəxslərdən biri olub.

Похожее изображение

Viltşirdə yaşayan 66 yaşlı Skripal, İngiltərə üçün casusluq elədiyi ittihamı ilə 2006-cı ildə 13 il həbsə məhkum olunmuşdu. ABŞ ilə Moskva arasındakı casus mübadiləsindən sonra azadlığa buraxılan təqaüdçü rus polkovnik daha sonra İngiltərəyə sığınmışdı.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}