8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İspaniyanın baş naziri Mariano Raxoy istefa verib.
"Report” bildirir ki, adı korrupsiya qalmaqalında hallanan hökumət başçısı parlamentin etimadını qazana bilməyəcəyindən bu addımı atdığını deyib: "Çox güman ki, səsvermədə mənin baş nazir olaraq, qalmağıma etimad göstərilməyəcək. Bu isə Sosialist Partiyasının sədri Pedro Sançesin yeni baş nazir olacağı deməkdir. Ölkəmə xidmət etmək mənim üçün şərəfdir”.
Qeyd edək ki, İspaniyanın əsas müxalifət təçkilatı olan Sosialist Partiyası hakim Xalq Partiyasını korrupsiyada ittiham etmişdi.
...Mariano Raxoyun istefasından sonra parlamentdə hökumət başçısı seçkisi keçirilib. Sosialist Partiyasının sədri Pedro Sançes baş nazir seçilib. Parlamentin 350 deputatından 180-i P.Sançesin lehinə səs verib.