8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rumıniyada hökumət əleyhinə aksiyalar hələ də davam edir.
Ədliyyə naziri Florin Iordache etirazlara cavab olaraq istefaya getdiyini deyib.
Xatırladaq ki, xalqı qəzəbləndirən yeni hökumətin rəsmilərin cəzasını yüngülləşdirmək haqda sərəncamı olub. Baş nazir Sorin Grindeanu-nun imzaladığı sənədə görə, dövlət rəsmisi onun hərəkətinin hökumətə vurduğu ziyan yalnız 47 min dolları keçdiyi halda həbs oluna bilər. Ancaq yüz minlərlə adamın küçələrə çıxması sənədin ləğvinə səbəb olub. İstefaya gedən ədliyyə naziri Florin Iordache həmin sənədin müəlliflərindəndir.
Onu da qeyd edək ki, fevralın 2-də ölkənin sənaye və ticarət naziri Florin Jianu da istefaya getmişdi. O, istefasının səbəbini Facebook-da belə izah edirdi: «Mən gələcəkdə uşağıma qorxaq olduğumu, inanmadığım işə əl qoyduğumu demək istəmirəm».
Rumıniyada Sovet İttifaqı dağılandan bəri ilk dəfədir belə kütləvi aksiyalar keçirilir. Küçələrə axışanların sayı yüz minlərlədir. Aksiyalar bu həftə də davam edib. Hökumətin geri çəkilməsinə baxmayaraq, camaat tələblərinin yerinə yetirilməsinə əmin olmaq istəyir.
Azadliq.org