ABŞ DİPLOMATLARINA HÜCUM!

ABŞ DİPLOMATLARINA HÜCUM!

 

Sozcu.info xəbər verir ki, ABŞ XİN Çinin Quanqzou şəhərindəki konsulluğunda baş vermiş hadisəni araşdırmaq üçün oraya bir qrup göndərib. Həmin konsulluqda işləyən diplomatlarda gizli beyin travmasının aşkar edilməsindən sonra zərərçəkmişlərin bəziləri Amerikaya gətirilib və simptonlar araşdırılır. Mayın 31-dən bəri şəhərə gəlmiş amerikalı həkimlər konsulluq işçilərimi müayinə edirlər. Quanqzou şəhərindəki Amerika səfirliyində 170 nəfər amerikalı əməkdaş işləyir.

Bundan əvvəl ABŞ-ın Kubadakı səfirliyində işləyənlər də bənzər problemlərlə qarşılaşmışdılar. Vaşinqton hökumədi sonik hücum adlandırdığı hadisə nəticəsində yüngül beyin zədələnməsi, karlıq, baş gicəllənməsi və mədə bulantısı problemləri ilə qarşılaşan diplomatlarını Havanadan aparmışdı. XİN-in rəsmi açıqlamasında da Havana hadisəsinə bənzər sağlamlıq problemlərinin qarşıya çıxdığı xüsusi vurğulanıb. Çindəki konsulluqda baş verən hadisə barəsində ilk informasiyanı verən "Nyu York Tayms” qəzetinin xəbərində, bu problemin Çin və ya Rusiya tərəfindən yaradıla biləcəyi gümanları öz əksini tapıb.

Çin tərəfi hadisə ilə bağlı hər hansı bir səbəb və ya dəlil tapılmadığını bildirib.

Rəsmi mətbuat orqanı olan "Qlobal Tayms” isə baş verənləri "olduqca qəribə” adlandırıb. Qəzetin baş məqaləsində yazılıb: "Çinlilər hökumətin əli ilə amerikalı dilomatlara qarşı səs dalğası hücumunun edildiyinə inanmırlar. Bu, Çinin dəyərlərinə və diplomatik prinsiplərinə ziddir, ağlabatan deyil”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}