8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhərində bir çox bahalı layihələrin qalibi olmasının özəl səbəbi var. Bu səbəbin nədən ibarət olduğuna bir qədər aşağıda aydınlıq gətirəcəyik. Hələlik isə qeyd edək ki, "Gəncə Körpü Tikinti-2”ASC-i Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişçisi olduğu 2 526 190 manatlıq tender bu şəhərdə həyata keçirdiyi ilk layihə olmadığı kimi belə görünür ki, son layihə də olmayacaq. Qeyd edək ki, dövlət büdcəsindən ayrılmış və "Gəncə Körpü Tikinti-2” ASC-nin qismət olan 2 526 190 manat büdcə vəsaiti Gəncə şəhərində küçə və prospektlərdə yolların əsaslı təmiri işləri ilə bağlı ayrılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 47-də yerləşən "Gəncə Körpü Tikinti-2”ASC-nin Gəncə şəhərində bir çox bahalı layihələin sahibinə çevrilməsinin incə səbəbi var. Bu səbəb isə "Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədovun Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağ qonşusu və dost olması iddiası ilə bağlıdır. Bu isə 2 526 190 manat büdcə vəsaitinin sərf edildiyi tenderin şəffaflığını şübhə altına almağa imkan verən məqamdır. Aqibət Məmmədovun sahibi olduğu, Süleyman Qənbər oğlu Rzayev adlı şəxsin formal sədr olduğu "Gəncə Körpü Tikinti-2”ASC-nin 2 526 190 manat büdcə vəsaitini Gəncə şəhərində necə xərcləməsinə, küçə və prospektlərdə yolların əsaslı təmiri işlərini necə həyata həyata keçirməsinə isə gəncəlilər qiymət verməlidir. Biz isə "Gəncə Körpü Tikinti-2”ASC-nin Gəncə şəhərində həyata keçirdiyi layihələrlə bağlı araşdırmalarımızı həyata keçirməkdə davam edəcəyik.
"Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədovun Türkiyə və Londonda mülkünün olması və hazırda Londondakı mülkləri ilə bağlı Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin araşdırma aparması haqqında hələlik təsdiqlənməmiş məlumat var. Həmin məlumata görə Aqibət Məmmədov Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin diqqətini "Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi olduğu üçün deyil, "Sudotexnologiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki sahibindən biri olması ilə izah edilir. Bu şirkət Qərbin sanksiya tətbiq etdiyi Belarusda Rusiya şirkətləri yaxından əməkdaşlıq edir. Məlumata görə Aqibət Məmmədov da məhz bu məqama görə Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin diqqətini çəkmişdi. Qeyd edək ki, "Yeni Sözçü” qəzeti ötən sayında Böyük Britaniyanın gündəlik "The Times” qəzetinə istinadən məlumat vermişdi ki, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi postsovet ölkələrindən olan 140 oliqarxın sərvətinin mənbəyi ilə bağlı araşdırma aparırır. Diplomatik mənbələrdən”Yeni Sözçü” qəzetinə daxil olan məlumtda Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi tərəfindən sərvətinin mənbəyi araşdırılan 140 oliqarxın arsında 12 nəfər azərbaycanlının olduğu qeyd edilirdi. Aqibət Məmmədovun həmin 12 nəfərdən biri olub-olmamasına aydınlıq gətirməyə çalışacağıq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti