Yunanıstan qorxuya düşdü! F-35-lərlə bağlı mühüm addım - AZƏRBAYCAN TÜRKİYƏDƏN RAKET ALACAQ

Yunanıstan qorxuya düşdü! F-35-lərlə bağlı mühüm addım - AZƏRBAYCAN TÜRKİYƏDƏN RAKET ALACAQ

 

Sozcu.info xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, quru və dənizdəki hədəflərə qarşı istifadə eləmək üçün hazırlanmış SOM raketi F-35 təyyarələrinə inteqrasiya ediləcək. Bu layihə ROKETSAN-ın rəhbərliyi ilə həyata keçirilir. Türkiyənin Müdafiə Sənayesi Araşdırma şirkəti tərəfindən layihələşdirilən, ROKETSAN tərəfindən istehsal edilən SOM raketlərinin 9 ədəd alıcı ölkədə istifadə edilməsi nəzərdə tutulur.

ROKETSAN firması məhsulu ABŞ-a da ixrac edə biləcəyini açıqlayıb. Azərbaycan dövləti də SOM-A raketi ilə maraqlandığını bildirib.

SOM raketi uzaq mənzili hədəflədiyi üçün yunan mətbuatında da müzakitə və narazılıq mövzusuna çevrilib. Yunanıstanın müdafiə sənayesi sahəsində mühüm nəşrlərindən sayılan ptisidiastima.com saytında SOM raketindən, onun 250 km mənzilə, 227 kq partlayıcı daşıya bilmək gücündən bəhs edilib.

ROKETSAN şirkətinin satış müdiri Barbaros İzgünün sözlərinə görə, yaxın günlərdə Türkiyənin müdafiə sənayesi şirkəti ilə Azərbaycan arasında raket sistemlərinin tədarükünə dair yeni razılaşma imzalanacaq. Şirkətin ən son texnologiya məhsullarının Azərbaycana tədarükünün gələn il də davam ediləcəyi bildirilib. Lakin razılaşmaların maliyyə rəqəmləri açıqlanmayıb.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}