Belarus XİN başçısı və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

 

Bakı. 27 iyun. REPORT.AZ/ Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

"Report" "Belta"ya istinadən xəbər verir ki, Minsk qrupunun həmsədrləri və ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi nazirə münaqişə zonasındakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər barədə məlumat veriblər.

Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mümkün töhfəsi müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həməsdrləri səfər çərçivəsində həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.



Oxşar Xəbərlər

Xəbər lenti