8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanlı "qanuni oğru”lar "Lotu Quli” kimi tanınan Nadir Səlifova qarşı çıxıblar. Rusiyanın "Rosbalt” saytı yazır ki, "Quli” nin Rusiyadakı obyektlərinin onun təsir dairəsindən çıxarılmasına başlanılıb.
Məlumata görə, "Quli”yə qarşı Rafik Eyvazov ("Rafiq Masslinski”), Cavid Məmmədov ("Dato Ağcabədinski”), Əmin Əhmədov ("Emin Hacıqabulski”), Zaur Talıbov ("Zaur Naxçıvanski”) və Əli Heydərov ("Albert Rıjıy”) kimi nüfuzlu azərbaycanlı "qanuni oğru”lar birləşiblər.
Bildirilir ki, adı çəkilənlər əvvəl Türkiyədə idilər, indi isə onlar Yunanıstana köçüblər. İddia olunur ki, "Dato Ağcabədinski”nin arxasında "Dato Kutaisi”nin liderliyindəki güclü yunan klanı dayanır. Daha bir maraqlı detal budur ki, "Quli”nin "müxalifəti” Vaqif Süleymanov ("Diplomat Vaqif”), Arif Mehdiyev ("Arif Sumqayıtlı”), Yunus Nəzərov ("Lotu Yunus” ) kimi nüfuzlu azərbaycanlı "qanuni oğru” lar da dəstəkləyir. "Doğrudur, bu dəstək açıq deyil. Bu üçlü "Quli” ilə açıq münaqişəyə daxil olmağı planlaşdırmır” deyə, mənbə bildirib.
Qeyd olunur ki, "müxalifət” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) klanın da güclü maliyyə dəstəyinə malikdir. O, 2016-cı ilin yayında İstanbulda öldürülüb və qohumları Nadir Səlifovun cinayətin arxasında ola biləcəyinə inanırlar.
Yeni qruplaşmanın təsiri altında olan bazarlarda Nadir Səlifovla əməkdaşlıq edən ticarətçilərə sərt maneələr yaradılır və onlardan tərəf dəyişdirmək tələb olunur.
Bundan başqa, müxalif "qanunda oğru”lar Nadir Səlifovdan Rafiq "Massalinski”yə edilən hücumun cavabını tələb edirlər. İddia olunur ki, ”qanuni oğrular” internet üzərindən "Quli” ilə əlaqə yaradıblar. "Quli”dən onların "qanuni oğru” adının niyə tanımadığı barədə soruşublar və görüşməyi təklif ediblər.
Bəs "Quli”yə qarşı savaş açanlar kimlərdir?
"Vladimir Sentral”dakı Cavid...
Cavid Məmmədov 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə kriminal aləmdə böyük rəğbət qazanan gənc azərbaycanlı yenidən məhkəmə qarşısına çıxarılır. Moskvanın Kolomenski rayon Məhkəməsi Cavidi 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan "Vladimir Sentral”a göndərirlər. O, cəzasının yerdə qalan 3 ilini qapalı həbsxanada çəkir.
"Vladimir Sentral”da cəza çəkən Cavid Məmmədov burada kriminal avtoritetlərlə birgə münasibət qurur.
2013-cü iyunun 27-də Yunanıstanda keçirilən "sxodka”da ona "qanuni oğru” adı verib. Lakin "Lotu Quli” Cavidin oğru adını almasını qəbul etməyib. N.Səlifov bildirib ki, yalnız o, azərbaycanlılardan kimin bu ada layiq olduğuna qərar verə bilər.
"Culfalı Bayram”ın oğlu
Zaur Talıbov kriminal aləmdə "Culfalı Bayram” kimi tanınan Bayram Talıbovun oğludur. "Culfalı Bayram” 2006-cı ildə Moskvada "Lotu Hikmət"kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Oğluna "oğru” adını "Rövşən Lənkəranski” və "Hacı Beyləqanski” verib.
"Albert Rıjıy”
"Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan” klanında yer alan "Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib.
"Ded Xasan”ın qətlindən sonra da ("Ded Xasan” 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk” kimi də tanınır.
Onun "Lotu Quli” ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan” klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rıjıy”a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli”nin adı hallanırdı.