Prokurorluq bəraət almış şəxslə bağlı protest verib red

 

Narkotik maddələrin istifadəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Əliyev barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı olan Baş Prokurorluq protest verib. Prokurorluğun protesti Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun icraatına verilib.

Məhkəmə baxışı sentyabrın 20-ə təyin edilib.

Qeyd edək ki, E. Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib.



Oxşar Xəbərlər

Xəbər lenti