Həbs edilən sevgililər hakim qarşısına çıxarılıblar : narkotik ittihamı

 

Külli miqdarda narkotik əldə etməkdə və satmaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Sozcu.info  xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsində 1976-cı il təvəllüdlü Kərimova Ülvira Əmir qızı və 1983-cü il təvəllüdlü Mustafayev İlham Fərhad oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında yazılır ki, hər iki şəxs ailəli olmayıb. Onlar qeyri-rəsmi ər və arvad münasibətlərində olduqlarını deyiblər. Daha əvvəl məhkumluq həyatı yaşamayıblar.

Məhkəmə iclasında Elvira Kərimovanın vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məlumata görə, hər iki şəxs külli miqdarda narkotik əldə etmə və satma maddəsi ilə ittiham edilərək həbs ediliblər.



Oxşar Xəbərlər

Xəbər lenti