“Mətanət A”nın rəhbərinin evindən oğurluq edən xadimə həbs olundu

“Mətanət A”nın rəhbərinin evindən oğurluq edən xadimə həbs olundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Gülər Piriyevanın məhkəməsi başlayıb. 

Sozcu.info-nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş Vüsalə Bəşirovanın vəkili vəsatət verərək polisin nəzarətinə verilməklə azadlıqda qalan G.Piriyevanın həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və G.Piriyeva məhkəmə zalında həbs olunub.

Proses fevralın 22-də davam etdiriləcək.

 

İttiham görə, G.Piriyeva "Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun arvadı Vüsalə Bəşirovanının evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq etməkdə təqsirləndirilir.



Oxşar Xəbərlər

Xəbər lenti