8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
14 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, iki nəfəri bıçaqlamaqda, ağır cinayət törətməkdə ittiham edilir.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda ittiham edilən 2004-cü il təvəllüdlü Nurlan Abdullazadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, natamam orta təhsilli Nurlan ilk dəfədir cinayət hadisəsi törədir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, ev dustaqlığındadır.
Hadisə 2019-cu ilin martın 6-da "Qış parkı"nda baş verib.
Məlumata görə, Nurlan dostları ilə birlikdə parkda gəzərkən 19 yaşlı Muradəli Eyvazov da orada qızla söhbət edirmiş.
Nurlan və dostları Muradəlinin yanında olan qıza söz atıblar və mübahisə də buna görə başlayıb. Muradəlinin yanında qohumu Sübhan da olub.
3 nəfər dostu ilə Muradəli və Sübhanla dava edən Nurlan cibindən bıçaq çıxarıb. O, bıçaqla hər iki şəxsə xəsarət yetirib.
Nurlan Abdullazadə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) və xuliqanlıq maddələri ilə ittiham edilir.