8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Səfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Marif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.
S.Səfərova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.