6-02-2025, 11:51
27-01-2025, 14:21
12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. Ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu təsdiqlənib.
Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.
Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.
* * *10:09
Bu gün səhər saatlarında Sabirabad rayonunun Bulaqlı kəndində ağır yol qəzası baş verib.
"Report”un məlumatına görə, həmin ərazidə yük maşını ilə sərnişin avtobusu toqquşub.
Hadisə nəticəsində bir nəfər azyaşlı, 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb, 11 nəfər yaralanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.