7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül” hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül” hamamına baxış zamanı oradan "AKS” markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd "F-1” qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.