15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Bakıda 80 yaşlı kişi yaşadığı fərdi evin ikinci mərtəbəsindən yıxılıb.
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.
1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.